Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstandan Aİ-yə xəbərdarlıq: "Strateji səhvə yol verərlər"
dünya

Gürcüstandan Aİ-yə xəbərdarlıq: "Strateji səhvə yol verərlər"

26-11-2025 23:00 103 Views
IMG

Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvi barədə qərar qəbul edərsə, strateji səhvə yol verəcək.

Tvit.az xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

“Gürcüstan vizasız rejim üçün lazım olan tələblərin yerinə yetirilməsi istiqamətində çox addımlar atıb ki, vətəndaşlarımız Avropa İttifaqı ölkələrinə heç bir maneə olmadan səyahət edə bilsinlər. Mən belə deyərdim: əgər bu qərar (vizasız rejimin ləğvi) Aİ tərəfindən qəbul edilərsə, bu, böyük strateji səhv olar”, – deyə Boçorişvili Gürcüstan İctimai Yayımçısının Birinci Kanalına müsahibəsində qeyd edib.

Aysel Şirinova