Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Kamal Abdullayev vəfat etdi
siyasət

Kamal Abdullayev vəfat etdi

04-11-2025 10:00 40 Views
IMG

Texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayev vəfat edib.

Tvit.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

K.Abdullayev 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olub.

Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnib və 1956-cı ildə isə bəraət aıb.

Kamal Abdullayev Bakı Energetika Texnikumunu və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.