Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER "iPhone"lar tezliklə Starlinklə peyk əlaqəsi qura bilər
OTHER

"iPhone"lar tezliklə Starlinklə peyk əlaqəsi qura bilər

27-10-2025 21:00 23 Views
IMG

Apple hazırda "iPhone"larda peyk rabitəsi üçün Globalstar şirkəti ilə əməkdaşlıq edir. Lakin son iddialara görə, texnologiya nəhəngi Elon Muskun rəhbərlik etdiyi SpaceX ilə yeni bir ortaq layihə üçün danışıqlara başlamağa hazırlaşır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, məlumata əsasən, SpaceX Appleın "iPhone"larda istifadə etdiyi frekans diapazonunu yeni Starlink peyklərinə əlavə edib. Bu isə iki nəhəng şirkət arasında illər əvvəl dayandırılan əməkdaşlığın yenidən bərpa olunması ehtimalını gücləndirib.
Əgər tərəflər razılığa gələrsə, gələcəkdə iPhone-lar birbaşa Starlink şəbəkəsinə qoşularaq mövcud Globalstar sistemindən daha sürətli və sabit peyk bağlantısı əldə edə bilər.