Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Babək Quliyev UEFA-dan təyinat aldı
sport

Babək Quliyev UEFA-dan təyinat aldı

21-10-2025 13:00 18 Views
IMG

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

"Tvit.az" xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.

B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.