Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Kamilo Duran: "Atletik Bilbao" səfərinə üç xal qazanmaq üçün gedirik"
sport

Kamilo Duran: "Atletik Bilbao" səfərinə üç xal qazanmaq üçün gedirik"

17-10-2025 22:00 28 Views
IMG

"Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandaya xeyir vermək istəyirəm".

 

Tvit.az xəbər verir ki, bu barədə "Qarabağ"ın hücumçusu Kamilo Duran "Turan Tovuz"la oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, hər zaman məşqçinin tapşırıqlarına uyğunlaşmağa çalışır:

 

"Qurban Qurbanov məni hansı mövqedə oynatsa, komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm. Bu, mərkəzdə, yaxud cinahda olmağımdan asılı olmayaraq həmişə belə olacaq".

 

Futbolçu eyni zamanda "Qarabağ"ın 'Atletik Bilbao"ya qarşı oyunundan da danışıb:

 

"Atletik Bilabo" üçün əlavə şərhə ehtiyac yoxdur. Onların güclü komanda olduğunu bilirik. Bununla belə, biz ora üç xal qazanmaq üçün yollanırıq".

 

Qeyd edək ki, "Qarabağ"ın "Atletik Bilbao"ya qarşı oyunu oktyabrın 22-si saat 20:45 də start götürəcək.