Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçiriblər.
"Tvit.az" xəbər verir ki, tədbirlər nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.