Sosial şəbəkələrdə Mingəçevir şəhərində ağacların kəsilməsi ilə bağlı video paylaşılıb.
Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə, videogörüntülərdə şəhərin 20 Yanvar küçəsində ağacların qırılması əks edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.az-a bildirilib ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində ağacların kəsilməsi faktı üzrə Şəhər Polis Şöbəsində prosessual araşdırma aparılır.
Araşdırmanın nəticəsi üzrə zəruri tədbirlər görüləcək.