Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib.
"Tvit.az" xəbər verir ki, qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 müəyyən edilib.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.