Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Tvit.az" xəbər verir ki, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə və maliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə
Əliyeva Fatma Həmzə qızı
Novruzova Bulqeyis Sabir qızı
“Rəşadətli əməyə görə” nişanı ilə
İmanov Sənan Nəriman oğlu
Məmmədova Kifayət Abbasəli qızı
Qədimov Məhərrəm Heydər oğlu
Sadıqova Xatirə Seyran qızı".