Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin Baş naziri Benyamin Netanyahunun Misirdə keçirilən İsrail və radikal islamçı HƏMAS qruplaşması arasında münaqişənin həlli ilə bağlı sülh sammitində iştirak etdiyini öyrəndikdən sonra təyyarəsini geri döndərib.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, Ərdoğanın prezident təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərində eniş etməyə hazır idi, lakin son anda Türkiyə lideri hava gəmisinin geri döndərilməsini əmr edib.
Bundan əvvəl Ərdoğan bəyan etmişdi ki, Netanyahunun ideologiyası Hitlerin fikirlərinə çox yaxındır. O, sionizmin terrorizm və faşizmlə assosiasiya edilməsinə çağırış etmişdi.