Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “ Qarabağ"dan onunla bağlı şad xəbər
sport

“ Qarabağ"dan onunla bağlı şad xəbər

13-10-2025 21:00 26 Views
IMG

“Qarabağ”ın futbolçusu Marko Yankoviç məşqlərə başlayıb.

 

Tvit.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, monteneqrolu yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə də qoşulub.

 

Lakin oyunçunun “Atletik” ilə matçda çıxış edib-etməyəcəyi məlum deyil.

 

Qeyd edək ki, Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirilən görüşdə zədələnmişdi.

 

Xatırladaq ki, “Atletik” (Bilbao) – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames”də keçiriləcək.