Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial “102"yə şikayət etdilər, şirkət 20 min cərimələndi
sosial

“102"yə şikayət etdilər, şirkət 20 min cərimələndi

13-10-2025 20:00 34 Views
IMG

"Zəfər-44 Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

 

Tvit.az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb şirkətin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, 5 aprel 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək xeyli sayda işçi ilə əmək müqaviləsi bağlamaması və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməməsi olub.

 

MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər kafel-metlax ustası kimi Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilib.Şirkət rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. MMC-nin qanunsuz əməllərinin üstü isə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə edilən şikayətdən sonra açılıb. Belə ki, işçilər əmək haqlarının verilməməsi ilə bağlı DİN-ə müraciət ediblər. Aparılan araşdırma zamanı ustaların əmək müqaviləsi olmadan işlədildiyi məlum olub.

 

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

 

Qeyd edək ki, 22.05.2023-cü ildə yaradılan, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sərxan Mətləb oğlu Əzizovdur.