Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
sosial

MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

13-10-2025 19:00 30 Views
IMG

Özbəkistanın Səmərqənd vilayətində "Birlik-2025" birgə regional təliminin koordinasiya toplantısı keçirilib.

 

Bu barədə Tvit.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.

 

Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.

 

"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.