Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ-3 BMT agentlikləri vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verəcək
dünya

Aİ-3 BMT agentlikləri vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verəcək

10-10-2025 21:00 36 Views
IMG

Aİ-3 BMT agentlikləri vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verəcək.

Tvit.az xəbər verir ki, bu barədə E3 ölkələrinin liderləri – Fridrix Merz, Emmanuel Makron və Key Starmer arasında danışıqların yekunları üzrə birgə bəyanatda bildirilib. Mətni Almaniya hökumətinin mətbuat xidməti yayıb.

Məlumata əsasən, Almaniya, Fransa və Böyük Britaniya Qəzza zolağında atəşkəs haqqında razılaşmanı alqışlayır və ABŞ prezidenti Donald Trampın sülh planının növbəti mərhələlərinin həyata keçirilməsinə və BMT agentlikləri vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasına dəstək verməyə hazırdır. 

"Biz Yaxın Şərqdə atəşkəs, girovların azad edilməsi və Qəzzada mülki şəxslərə humanitar yardımın bərpası ilə bağlı razılaşmanı alqışlayırıq. Biz prezident Trampın rəhbərliyini, vasitəçilərin - Misir, Qətər və Türkiyənin diplomatik səylərini və sazişin həyata keçirilməsində regionda mühüm dəstəyi alqışlayırıq", - sənəddə deyilir.

Onlar bildirib ki, indi bütün tərəflərin öz öhdəliklərini tam və dərhal yerinə yetirməsi çox vacibdir.

 "Biz planın növbəti mərhələləri üzrə gələcək danışıqları dəstəkləməyə və öz töhfəmizi verməyə hazırıq", - Aİ-3 liderləri bildiriblər.

Aysel Şirinova