ABŞ İranın enerji sektoru ilə əlaqəli onlarla şəxs və şirkətə sanksiya tətbiq edib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, bu sanksiyalar İranın neft və qaz ixracatını asanlaşdıran beynəlxalq şəbəkələrə qarşı yönəlib.
Sanksiyalar çərçivəsində 50-dən çox fiziki və hüquqi şəxs, o cümlədən şirkətlər və gəmiçilik operatorları hədəf alınıb. Sanksiyaya məruz qalan qurumlar və şəxslər əsasən BƏƏ, Honq-Konq, Sinqapur, Hindistan, Çin, Panama, Ukrayna və Marşal adalarında qeydiyyatdan keçib.
Elmin Alışov