170 min ton ərzaq, dərman və digər təcili ləvazimatlar ekspert qruplar tərəfindən Qəzzaya gətirilməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Tom Fletcher deyib.
Fletcher Qəzzada dağılmış səhiyyə sistemini, su və kanalizasiya infrastrukturunu canlandıracaqlarını, sığınacaq bölgəsindəki ailələrə minlərlə çadır paylayacaqlarını və 700 min məktəb yaşlı uşaq üçün müvəqqəti təhsil sahələri açacaqlarını bildirib.
Elmin Alışov