Avropa İttifaqı tərəfindən irəli sürülmüş "duron divarı" təşəbbüsü şərq sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulmuş bu layihə hələlik çox "xamdır".
Tvit.az xəbər verir ki, bu sözləri Latviyanın Baş naziri Evika Silina deyib.
“Əslində heç kim bütün təfərrüatları bilmir. Biz doğrudan da digər Avropa ölkələri ilə koordinasiyalı şəkildə hərəkət etməliyik, çünki dron hücumları ilə bağlı təhdidlər artıq təkcə Baltikyanı ölkələri deyil, Kopenhageni və digər Avropa ölkələrini də əhatə edir”, – deyə baş nazir müsahibədə bildirib.
O, bildirib ki, potensial “dron divarı” layihəsi mürəkkəb və baha başa gələn layihə olardı və onu həyata keçirmək illərlə vaxt apara bilər.
Aysel Şirinova