Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu kollecə yeni təyinat oldu - FOTO
sosial

Bu kollecə yeni təyinat oldu - FOTO

09-10-2025 14:00 112 Views
IMG

Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin direktoru, professor Nasim Abışov vəzifəsindən azad edilib.

Tvit.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib.

Nasim Abışov "Tərəqqi" liseyinə 2018-ci ildə direktor təyin olunmuşdu. O, bu vəzifədə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanı əvəz etmişdi.

Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.