Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Türkiyə–Azərbaycan–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir
siyasət

Türkiyə–Azərbaycan–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir

09-10-2025 13:00 71 Views
IMG

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası keçirilir.

"Tvit.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

O, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.