Türkiyə olaraq bizim də töhfə verdiyimiz Şarm əl-Şeyxdə keçirilən Həmas-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən çox məmnunam.
Tvit.az xəbər verir ki, bu fikirləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Başda İsrail hökumətini atəşkəslə razılaşmağa təşviq etmək üçün lazımi siyasi iradə nümayiş etdirən ABŞ prezidenti Trampa və razılığın əldə olunmasında mühüm dəstək verən qardaş ölkələrimiz Qətər və Misirə təşəkkürümü bildirmək istəyirəm”, - deyə Ərdoğan bildirib.
Elmin Alışov