Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski Rusiyaya qarşı xüsusi əməliyyatlar planını açıqladı
dünya

Zelenski Rusiyaya qarşı xüsusi əməliyyatlar planını açıqladı

08-10-2025 21:00 109 Views
IMG

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyaya qarşı xüsusi əməliyyatlar planının təsdiqlənməsini elan edib.

Bu barədə o, teleqram kanalında yayımlanan çıxışında bildirib.

"Əməliyyatlarımıza gəldikdə, mən Xidmətlə bağlı bəzi planlar, Rusiya müharibəsinə asimmetrik cavablarımız barədə razılığa gəldim", -  deyə Ukrayna lideri bildirib.

Daha əvvəl Zelenski deyib kiBirləşmiş Ştatlar Ukrayna üçün Amerikanın "Patriot" zenit raket sistemlərinin alınması imkanını açıb. O qeyd edib ki, Kiyev ciddi maliyyə problemi ilə üzləşib.