Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq
sosial

Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq

08-10-2025 20:00 118 Views
IMG

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən Report-a verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

 

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.