Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq
sosial

Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

08-10-2025 18:00 122 Views
IMG

Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq.

 

Tvit.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

 

"Orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-da saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq", - məlumatda deyilir.