Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi
sport

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi

07-10-2025 23:00 25 Views
IMG

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

"Tvit.az" yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.

Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc) qərarlaşıb.

İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.