Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp iPhone istifadəçiləri üçün yeni bir funksiyanı sınaqdan keçirir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət tətbiqin 25.28.74 kodlu iOS beta versiyasında mesajların ani tərcümə xüsusiyyətini test etməyə başlayıb.
Yeni funksiya sayəsində istifadəçilər gələn mesajları 21 dilə qədər real vaxtda tərcümə edə biləcəklər. Bu sistem Apple-ın API texnologiyasına əsaslanır və istifadəçi təcrübəsini xeyli yaxşılaşdıracağı gözlənilir.