Polşa Rusiya ilə əlaqəsi olan Steeltrade və Omni Grp şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Steeltrade metal məhsulların, hidravlik və istilik avadanlığının topdansatış sahəsində ixtisaslaşır, Omni Grp isə metalların və metal filizlərinin tədarükü ilə məşğuldur.
NATO üzvü məhdudiyyətləri bu şirkətlərin "Rusiyaya metal məmulatlarının, polad məmulatlarının və maşın hissələrinin tədarükündə dolayısı ilə iştirak etməsi" ilə izah edir.