Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
sosial

Taksilər

07-10-2025 10:00 237 Views
IMG

“Taksilərlə bağlı narazılıq hazırda çox problemli məsələdir. Ümumiyyətlə, şəhərlərdə taksi daşınmalarının təşkili və idarə edilməsi müəyyən göstəricilərdən aslıdır. Birinci növbədə bu göstəricilır nədir?  Şəhərdə nə qədər adamın taksiyə tələbatı varsa bu öyrənilməlidir. Həmin tələbata uyğun olaraq taksi avtomobillərinin sayı müəyyən olunmalıdır. Bu müəyyən üsullarla öyrənilir”. 

Bu sözləri Tvit.az-a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti
Fərhad Eyyubov bildirib.

O qeyd edib ki, tələbatı öyrənməkdən ötrü müəyyən sorğular və müşahidələr aparılır. 

“Ümumi göstəricilər bundan ibarətdir ki, bir milyondan artıq əhalisi olan şəhərlərdə taksi daşınmalarından istifadə edən sərnişinlərin sayı ümumi ictimai nəqliyyat istifadə edən sərnişinlərin sayının 5-6 % nisbətini təşkil edir. Bununla da müəyyən etmək olar ki, 1 ildə nə qədər sərnişin daşınır və həmin sərnişinləri ictimai nəqliyyatda uyğun olaraq taksi daşınmalarına nə qədər tələbat var. Bundan sonra taksi daşınmalarının təşkili üçün Bakı şəhərinə neçə taksi avtomobili lazımdırsa müəyyən olunmalıdır. Qeyri-rəsmi məlumata görə, Bakıda 70-80 min taksi avtomobili var. Son zamanlar bu rəqəm 25 min civarında səslənir. Əlbəttə, əgər nəqliyyat vasitələri azdırsa bu ilk narazılığı əmələ gətirir. Çünki taksi daşınmalarını insanlar istifadə edir və tapmır. Taksi daşınmalarının elmi cəhətdən əsaslandırılması üçün şərtləri var. Bəzi şərtlər son zamanlarda edirlər. Təhlükəsizlik, rəngi nisbətən uzaqdan seçilən və müəyyən illərə görə nəzərdə tutulan, içərisi nisbətən geniş və rahat olan taksilərdən istifadə etmək lazımdır. Ümumi götürsək ideal taksi avtomobili məhfumu var. Bu bəzi böyük şəhərlərdə olur. Elə avtomobillər vardır ki, onların təhlükəsizlik elementləri azdır. Passiv və aktiv təhlükəsizlik elementləri. Bunlardan ən çox ekoloji təhlükəsizlik elementlərinə fikir verilir. Taksi avtomobilləri bu elementlərə uyğun olmalıdır. Taksilər nə qədər cəlb edici olsa da, əsasən taksi sürücüləri ünsiyyət yaratmaq bacarığına sahib olmalı və gözəl peşəkarlığa malik olmalıdır. Ən əsası etibarlı sürücü olmalıdır. Müəyyən qədər xarici dili bilməlidir. Bu göstəricilərə uyğun olan sürücülər olmayanda narazılıq yenə yaranır. Həmçinin sərnişin daşıma mədəniyyəti var. Burada sərnişinlərə qarşı qoyulan müəyyən tələbat var. Sərnişinlər də öz öhdəliklərini yerinə yetirməlidirlər. Yəni ki, taksi sürücüsünü əsəbləşdirməməli, müəyyən yerlərdə avtomobili saxlamaq mümkün deyilsə məcburi saxlatmamalıdır. 

Fərhad Eyyubov onu da bildirib ki, bundan əlavə Bakı şəhərində taksi dayanacaqları elə olmalıdır ki, təhlükəsizlik elementlərinə cavab verməli və rahat yerdə təşkil olunmalıdır. 

“Əsasən taksilərin qiymətləri çox ölkələrdə taksimetrlə məsafələrə müəyyən olunur. Taksi daşınmalarında nəzarət kameraları qoymaq çox lazımlıdır. Əgər şirkət yüksək keyfiyyətli xidmət göstərirsə, sərnişinlər özlərini necə aparırsa sürücülər onlara ekvivalent olaraq onların rəftarını bilirlər. Ümumiyyətlə, sürücü sərnişinə kobud cavab verməməlidir. Bu nöqteyi nəzərdən taksi daşımaları Bakı şəhərində narazılıqla qarşılanır. Çünki, tələbata uyğun taksi daşımalarının nəqliyyat vasitələri azdır. Hazırda ölkəmizdə taksilər üçün xüsusi zolaqlar yoxdur. Sərnişin daşımalarında qiymətlər 2 meyar ilə ölçülür. Kəmiyyət və keyfiyyət qiymətləndirməsi. Kəmiyyət qiymətləndirməsi Azərbaycan dilində miqdar qiymətləmdirmədir. Yəni ki, taksi sürücüsü sərnişini qeyd olunan ünvana çatdırır. Ancaq necə və nə şəkildə çatdırması keyfiyyəti yüksək olmur. Keyfiyyət qiymətləndirməsinəmisə azərbaycanca xüsiyyət qiymətləndirməsi deyirlər. Bu yüksək səviyyədə və təhlükəsiz çatdırılma xidməti deməkdir. Burada çox meyarlar var ki, hələkik taksi daşınmaları elmi cəhətdən həmin səviyyəyə çatmayıb. Bu cür getsə çatması da qeyri-mümkündür”.

Bir sözlə, taksi daşınmaları insanların şəraitinə uyğun olaraq elə təşkil olunmalıdır ki, çöx böyük narazılıqlar meydana gəlməsin. 

Elmin Alışov