Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb
sport

Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb

06-10-2025 16:00 126 Views
IMG

III MDB Oyunları çərçivəsində qılıncoynatma yarışları davam edir.

"Tvit.az" xəbər verir ki, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan təmsilçisi Mirxətai Məmmədov yarımfinala yüksəlib. İdmançı finala gedən yolda rusiyalı rəqibi Roman Selyutinə uduzub və bürünc medalla kifayətlənib.

Bununla da Azərbaycan qılıncoynadanlarının III MDB Oyunlarında qazandıqları medal sayı 6-ya çatıb. Medalların hər biri bürünc əyarlıdır.