Suriyanın şimalında Hələb şəhər mərkəzinin Eşrefiyye məhəlləsində səbəbi hələlik məlum olmayan partlayış baş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisədə can və mal itkisi olmasa da, bölgədən yüksələn tüstü Hələbin səmasını doldurub. Partlayışın mənbəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Elmin Alışov