Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qəzzada aclıqdan ölənlərin sayı artıb
dünya

Qəzzada aclıqdan ölənlərin sayı artıb

03-10-2025 21:00 158 Views
IMG

Qəzza zolağında aclıqdan həlak olan fələstinlilərin sayının 457-yə yüksəldiyi bildirilib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrailin blokadası və hücumları altındakı Qəzzada son 24 saat ərzində biri uşaq olmaqla 2 fələstinlinin daha aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirdiyi bildirilib. Qeyd olunub ki, 2023-cü ilin oktyabrından bəri Qəzzada aclıqdan ölənlərin sayı 152-si uşaq olmaqla 457-yə yüksəlib.

Açıqlamada həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrə olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) 22 avqustda Qəzza şəhərində aclıq elan etməsindən bəri 37-si uşaq olmaqla 179 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbindən həlak olduğu vurğulanıb.

Aysel Şirinova