İran və Rusiya arasında uzunmüddətli hərtərəfli strateji tərəfdaşlıq münasibətləri quran saziş oktyabrın 2-də qüvvəyə minib.
Tvit.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirliyi məlumat yayıb.
“İran-Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi iki ölkə münasibətlərinin tarixində bir mərhələdir və tərəflərin arzuladığı müxtəlif sahələrdə iki ölkə arasında dostluq əlaqələrinin səviyyəsini yüksəltməyi vəd edir”,- məlumatda deyilir.
Elmin Alışov