Kiprin Rusiyadakı konsulluqları oktyabrın 3-dək viza müraciətlərini qəbul etməyəcəklərini açıqlayıblar.
Tvit.az xəbər verir ki, bu barədə məlumat Moskva və Sankt-Peterburq diplomatik nümayəndəliklərinin saytlarında dərc olunub.
Kiprin Moskva, Sankt-Peterburq, Krasnodar və Yekaterinburqdakı konsulluqları sentyabrın 30-dan etibarən texniki səbəblərə görə bütün turizm agentliklərinin akkreditasiyasını növbəti xəbərdarlığa qədər dayandırıb.
Turizm agentliklərindən viza müraciətləri qəbul edilmir.
Aysel Şirinova