Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "O, bizim birinci müdafiə xəttimizdir" - NATO-nun baş katibi
dünya

"O, bizim birinci müdafiə xəttimizdir" - NATO-nun baş katibi

30-09-2025 22:00 32 Views
IMG

NATO-nun baş katibi Mark Rutte Ukraynanı Şimali Atlantika alyansının müdafiəsinin birinci xətti adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“O, bizim birinci müdafiə xəttimizdir. Biz ukraynalılara kömək edirik, çünki bu, həm bizim dəyərlərimizə, həm də mahiyyət etibarilə birinci müdafiə xəttimizə, kollektiv təhlükəsizliyimizə aiddir”, – deyə Rutte bildirib.

O həmçinin “dron divarı” yaradılması təşəbbüsünü dəstəkləyib.

Bundan əvvəl Ryutte bəyan etmişdi ki, ABŞ silahlarının NATO vasitəsilə Ukraynaya göndərilməsi daimi olacaq.

Aysel Şirinova