İsrailin Yaxın Şərqdəki hərəkətləri miqyasına görə Adolf Hitlerin cinayətlərini üstələyir.
Tvit.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Sonq Kyonq bu müqayisəni BMT-nin Baş Assambleyasında çıxışı zamanı edib.
"İkinci Dünya Müharibəsinin başa çatmasından 80 il keçir. Bu arada, Yaxın Şərqdə hətta Hitlerin hərəkətlərini də aşan soyqırım və insanlığa qarşı cinayətlər baş verməkdə davam edir", - diplomat bildirib.
Onun sözlərinə görə, İsrailin Qəzza sektorunu işğal etmək istəyi ucbatından 60 min fələstinli həlak olub. Şimali Koreya İsraili qoşunlarını çıxarmağa və müstəqil Fələstin dövlətinin yaradılmasına kömək etməyə çağırır, nazir müavini yekunlaşdırıb.
Aysel Şirinova