Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qarabağ Universitetində milyon yarımlıq layihə
sosial

Qarabağ Universitetində milyon yarımlıq layihə

29-09-2025 22:00 35 Views
IMG

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.

 

Tvit.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb.

 

Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir.

 

Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırır.