Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər
sport

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər

26-09-2025 22:00 42 Views
IMG

Həftəsonu Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.

 

Tvit.az xəbər verir ki, cari ildə 4-cü dəfə təşkil ediləcək yarışda Azərbaycanı Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcəklər.

 

Sabah təsnifat mərhələsi və qruplarda ilk iki turun görüşləri baş tutacaq. Bazar günü isə qruplarda son turun qarşılaşmaları, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər keçiriləcək.

 

Mübarizə hər iki gün Bakı vaxtı ilə 11:00-da start götürəcək.