Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Barselona" Almaniya klubunun hücumçusunu transfer etmək istəyir
sport

"Barselona" Almaniya klubunun hücumçusunu transfer etmək istəyir

25-09-2025 20:00 61 Views
IMG

İspaniya təımsilçisi "Barselona" Almaniyanın"Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Qirassinin transferi ilə maraqlanır.

 

Tvit.az "Bild" nəşrinə istinadən xəbər verir ki, sözügedən keçid daha çox kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin maraq dairəsindədir.

 

Komanda 29 yaşlı qvineyalı oyunçuya Robert Levandovskinin əvəzləyicisi kimi baxır.

 

Qeyd edək ki, Seru Qirassi cari mövsüm "Borussiya"nın heyətində altı oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna kimidir.