ABŞ hökuməti İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yusif Pezeşkian prezidentin nümayəndə heyətinin üzvü kimi Nyu-Yorka səfər etməli idi. Ancaq Amerika bu il BMT tədbiri üçün iranlı rəsmilərə və onların ailə üzvlərinə viza verilməsinə daha sərt yanaşma göstərib.
Elmin Alışov