Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İki rayonda qaz olmayacaq
sosial

İki rayonda qaz olmayacaq

22-09-2025 18:00 202 Views
IMG

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, fasilə diametri 315 mm-lik PE "Qaralar kənd" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

 

Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.