Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Sabiq prezident hazırki ölkə rəhbərinə sui-qəsddə şübhəli bilindi
dünya

Sabiq prezident hazırki ölkə rəhbərinə sui-qəsddə şübhəli bilindi

11-09-2025 23:00 63 Views
IMG

Braziliyanın Federal Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonarunu hazırkı dövlət başçısı Lula da Silvanın əleyhinə sui-qəsd təşkil etməkdə təqsirli bilinib.

Bu barədə TASS məlumat verir.

Qeyd olunur ki, ittiham hökmünü beş hakimdən üçüncüsü, Karmen Lusiya dəstəkləyib. Onun sözlərinə görə, prokurorluq Bolsonarunun rəhbərlik etdiyi qrupun “2022-ci il seçkilərinin nəticələrinə əsasən qanuni hakimiyyət ötürülməsini sarsıtmaq məqsədilə demokratik institutlara hücum planını hazırlayıb və həyata keçirdiyini” inandırıcı şəkildə sübut edib. Bildirilir ki, sui-qəsd qrupuna Bolsonarunun hökumətinin, silahlı qüvvələrinin və kəşfiyyat orqanlarının əsas üzvləri daxil idi.