Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah 2 rayonda qaz olmayacaq
sosial

Sabah 2 rayonda qaz olmayacaq

10-09-2025 18:00 30 Views
IMG

Sabah Lənkəran və Astara rayonlarında altı minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Astara rayonu ərazisində, Pensər kəndindən Kijəbə qəsəbəsinədək uzanan qaz kəmərinin kipliyə yoxlanılması məqsədilə sentyabrın 11-də saat 10:00-dan işlər yekunlaşanadək Vaqo, Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, həmçinin Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. Qaz təchizatının dayandırılması ümumilikdə 1 695 abonentə təsir edəcək.

 

Eyni tarixdə və saatda Lənkəran rayonu ərazisində yerləşən Rvo Qaz Paylayıcı Stansiyasında qaz tənzimləyici və sərfölçmə qurğularında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla 11 yaşayış məntəqəsində, təxminən, 4 100 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.