Ruben Amorim "Mançester Yunayted"in yeni baş məşqçisi təyin olunub.
Tvit.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1970-ci ildən komandanı çalışdıran ən gənc mütəxəssisdir.
Həmin vaxt 33 yaşlı Uilf Makqinnes kollektivi idarə edirdi.
Qeyd edək ki, portuqaliyalı 2027-ci ilin iyununa qədər "Mançester Yunayted"ə rəhbərlik edəcək.