Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp İsrailin Qətərə endirdiyi zərbələr barədə danışdı
dünya

Tramp İsrailin Qətərə endirdiyi zərbələr barədə danışdı

09-09-2025 22:00 43 Views
IMG

ABŞ prezidenti Donald Tramp İsrail Müdafiə Ordusunun (TSAHAL) Qətərə endirdiyi zərbələrin bir daha təkrarlanmayacağına söz verib.

Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Levitt brifinq zamanı məlumat verib.

“Prezident Qətərin əmiri və baş naziri ilə danışıb, ölkəmizə dəstək və dostluqları üçün onlara təşəkkür edib. O, onların ərazisində belə bir hadisənin bir daha baş verməyəcəyinə zəmanət verib”, – deyə Levitt bildirib.

O əlavə edib ki, Tramp həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və Dohaya endirilən zərbələrin Tel-Əviv və Vaşinqtonun məqsədlərinə xidmət etmədiyini qeyd edib.

Aysel Şirinova