Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"
sosial

Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"

05-09-2025 22:00 24 Views
IMG

"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər".

 

Tvit.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

 

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

 

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: "Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq".

 

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir".