Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "BMT nə danışdığını bilmir" - Rubio
dünya

"BMT nə danışdığını bilmir" - Rubio

04-09-2025 21:00 26 Views
IMG

 Karib dənizində narkotik daşıyan motorlu qayığın məhv edilməsinə BMT-nin reaksiyası məni maraqlandırmır.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Ona görə ki, BMT deyir, guya Venesuela narkotik ticarətində iştirak etmir. Mən BMT-nin nə dediyi ilə maraqlanmıram. BMT nə danışdığını bilmir”, — deyə o vurğulayıb.

Rubio xatırladıb ki, Venesuela prezidenti Nikolas Maduro Nyu-Yorkda münsiflər heyəti tərəfindən ittiham olunub və ABŞ hakimiyyəti onu “ədalətdən qaçan” sayır.

Bundan əvvəl prezident Donald Tramp bəyan etmişdi ki, ABŞ Venesueladan narkotik daşıyan gəmi üzərinə zərbə endirib. Onun sözlərinə görə, gəmi sıradan çıxarılıb.

Aysel