Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar
turizm

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar

04-09-2025 21:00 35 Views
IMG

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Tvit.az-a bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.