Avropa Rusiya mənşəli neftin alışını dayandırmalıdır.
Tvit.az xəbər verir ki, "Reuters" agentliyinin Ağ Ev nümayəndəsinə istinadən yazdığına görə, ABŞ prezidenti bu məsələni Moskvanın Ukrayna münaqişəsi çərçivəsində istifadə olunan gəlir əldə etməməsi ilə əlaqələndirib.
Bildirirlib ki, Trampın bu tələbi onun “İstəyənlər koalisiyası” adlanan birliklə keçirdiyi onlayn görüşdə səsləndirilib. Agentliyin həmsöhbətinin bildirdiyinə görə, Amerika prezidenti həmçinin vurğulayıb ki, Avropalılar Çinə iqtisadi təzyiq göstərməlidirlər, çünki guya Pekin Rusiyanın hərbi əməliyyatlarda iştirakına maliyyə dəstəyi verir.
Tramp ABŞ prezidenti vəzifəsini rəsmi olaraq icra etməyə başladığı vaxtdan dəfələrlə bildirib ki, enerji daşıyıcılarının qiymətinin aşağı salınması Rusiyanın münaqişənin başa çatdırılması ilə bağlı mövqeyinə təsir göstərə bilər. Rusiya neftinin tədarükü məsələsini o, həmçinin tarif mübahisələrində arqument kimi istifadə edir. Bu həftə Hindistanla “tamamilə birtərəfli fəlakət” adlandırdığı ticarət barədə danışarkən Tramp təəssüflə bildirib ki, Hindistan Rusiyadan böyük həcmdə neft və hərbi məhsullar alır, eyni zamanda ABŞ məhsullarını öz bazarına buraxmır.
Aysel