ABŞ prezidenti Donald Tramp Polşa lideri Karol Navroçkini 2026-cı ildə Mayamidə keçiriləcək İyirmilik Qrupunun (G20) sammitinə dəvət edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən prezident Donald Trampdan gələn il Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitinə dəvət aldım", -deyə o, bildirib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, Varşava Vaşinqtondan onu G20-yə dəvət etməyi xahiş edəcək.
G20-nin əsası 1999-cu il dekabrın 15-16-da yeddi aparıcı sənaye ölkəsinin: Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Almaniya və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə Berlində keçirilən konfransda qoyulub.