Azərbaycan cüdoçularının Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək gənclər arasında Avropa çempionatında ilk rəqibləri müəyyənləşib.
Tvit.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib.
Qitə birinciliyində Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Yarışda 43 ölkədən 367 idmançı (202 oğlan, 165 qız) iştirak edəcək.
Yarışın təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 12:00-dan, final blokunu isə 17:30-dan etibarən canlı olaraq JudoTV.com saytından izləyə bilərsiniz.
Oğlanlar
60 kq, 1/8 final
Nihad Məmişov – Qor Safaryan (Ermənistan) / Asxab İsayev (Belçika) cütünün qalibi ilə
Fərid Qarayev – Luka Kabesana (Almaniya) / Ferents Fedora (Macarıstan) cütünün qalibi ilə
66 kq, 1/16 final
Məhəmməd Musayev – Edvard Yakimov (Estoniya)
Nizami İmranov – Yakub Kurovski (Polşa) / Yuray Odkladal (Slovakiya) cütünün qalibi ilə
73 kq, 1/16 final
Əbil Yusubov – Georqios Kotsaxristos (Yunanıstan)
81 kq, 1/16 final
Süleyman Şükürov – Duşan Qraxovac (Serbiya)
90 kq, 1/16 final
Aslan Kotsoyev – Levente Kiss (Macarıstan)
100 kq, 1/16 final
Davud Namazlı – İvan Titinkin (IJF)
+100 kq, 1/8 final
Ramazan Əhmədov – Yannis Antoniu (Kipr)
Qızlar
48 kq, 1/16 final
Fəridə Mirzəyeva – Viktoriya Slaşok (Polşa)
52 kq, 1/16 final
Xədicə Qədəşova – Nino Tatrişvili (Gürcüstan)
Aydan Vəliyeva – Klara Erten (Almaniya)
+78 kq, 1/8 final
Nigar Süleymanova – Emma-Melis Aktaş (Estoniya)
Qarışıq komanda yarışı
1/4 final
Azərbaycan – Yunanıstan / İsveçrə cütünün qalibi ilə