İspaniyada kriminal aləmdə "Sandrik" kimi tanınan 40 yaşlı gürcü qanuni oğru Sandro Kurasbediani yerli polisdən qaçarkən 4-cü mərtəbədən atılaraq ayaqlarını sındırıb.

"Tvit.az" xəbər verir ki, bu barədə "Prime Crime" məlumat yayıb.

Nəşrin yazdığına görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənəcəyini gözləsə də, ayaqlarının sınmasını hesablamayıb. "Qanuni oğru" hazırda həbsdədir.

"Sandrik" İspaniya hakimiyyəti tərəfindən cinayət təşkilatının yaradılması, qanunsuz silah saxlama, saxtakarlıq, fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı cinayətlərə görə axtarışda idi. 

Bildirək ki, Sandro Kurasbedian "qanuni oğru" Vaja Biqanişvilinin (Vaja Tbilisski) sağ əlidir.